"Facebook" jurnalistlərlə daha fəal əməkdaşlıq etməyə hazırlaşır

12 Yanvar 2017 [00:42]


Bu gün "Facebook" sosial şəbəkəsi şirkətin jurnalistlər və naşirlərlə daha sıx əməkdaşlığını nəzərdə tutan "Facebook Journalism Project" layihəsini istifadəyə verib.

Unikal.org xəbər verir ki, bu barədə şirkətin bəyanatında bildirilir.

"Biz məhsullar hazırlamaq üçün xəbər qurumları ilə əməkdaşlıq edəcəyik, jurnalistlərin ən yaxşı tərəfdaşı olmağı öyrənəcəyik və rəqəmsal dövrdə məlumatlı oxucu olmaq üçün insanlara ehtiyac duyduqları bilikləri onlara necə verməyi anlamaq üçün naşirlərlə işləyəcəyik. Layihənin bəyan edilən istiqamətləri arasında xəbər məhsullarının birgə hazırlanması, treninqlər və həm jurnalistlər, həm də bütün istifadəçilər üçün alətlər var", - deyə şirkətin məlumatında qeyd olunur.

Layihənin istifadəyə verilməsi "Facebook"un saxta xəbərlərlə mübarizə proqramının bir hissəsidir.









SON XƏBƏRLƏR davamı
2017-08-21
2017-08-20
2017-08-19










SORĞU
Azərbaycanda internetin keyfiyyətindən razısınızmı?

Bəli (15.52%)
Xeyir (84.48%)


TƏQVİM