Türkiyənin Konya əyalətində sərnişin avtobusu yolun kənarına aşıb.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə nəticədə 31 nəfər xəsarət alıb. Qəzaya səbəb isə yolun sürüşkən olmasıdır.

Hadisə yerinə təcili yardım briqadaları cəlb edilib. Polis faktla bağlı araşdırma aparır.