"Xidmət obyektlərində və eləcə də mağazalarda vergi yoxlmaları istisna olunmaqla digər yoxlamaların 2 il müddətinə qadağan edilməsi Azərbaycan Prezidenti tərəfindən iş adamlarının fəaliyyətinə böyük dəstək olsa da təəəsüf ki, sahibkar bundan sui-istifadə etməyə çalışırlar"

Bu fikirləri Unikal.org-a "İstehlakçıların maarifləndirilməsi, hüquqlarının müdafiəsi İctimai Birliyinin sədri Azər Sərdarov bildirib. Onun sözlərinə görə, monitorinqlər göstərir ki, son dövrlər mağazalarda vaxti keçmiş malların sayının artması müşahidə edilir. Yoxlamaların olmamasından bəzi sahibkarlar sui-istifadə etməyə çalışırlar. Buna görə də, istehlakçılar məhsul alan zaman diqqətli olmalıdırlar. Ərzaq məhsulları alan zaman həmin məhsulunun istifadə vaxtına diqqət yetirmək lazımdır". 

A.Sərdarovun fikrincə, istehlakçı nəzarəti vaxtı keçmiş, köhnə malların satışının azaldılmasına gətirib çıxara bilər.