Ağstafa sakini ehtiyatsızlıq nəticəsində özünü güllələyib.

Unikal.org Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Ağstafa rayon sakini Aqil Kazımov rayonun Düz Qışlaq kəndində ov edərkən ehtiyatsızlığı nəticəsində açdığı atəşlə ayağına xəsarət yetirib və o, xəstəxanaya yerləşdirilib.

Ağstafa Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən hadisə yerindən müvafiq sənədləri olmayan "İJ" markalı ov tüfəngi götürülüb.

Faktla bağlı aaşdırma aparılır.