Məlum olduğu kimi yanvar ayının 20-də ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın inaqurasiya mərasimi keçiriləcək.

Bəs, Azərbaycandan mərasimdə kim iştirak edəcək?

Məsələ ilə bağlı Unikal.org-a açıqlama verən Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadənin sözlərinə görə, çox güman ki, Azərbaycandan bu tədbirdə kimsə iştirak etməyəcək: "Eşitdiyimə görə, inaqurasiya mərasiminə beynəlxalq qonaqların dəvəti nəzərdə tutulayıb. ABŞ-ın protokolunda belə bir ənənə olmur. Müəyyən ümidlərimizvar ki, Donald Trampın və təmsil etdiyi partiyanın erməni diasporası qarşısında hansısa öhdəlikləri yoxdur.