Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən Azərbaycan Mərkəzi Bankının (AMB) hər birinin nominal dəyəri 100 (yüz) manat olan 50 000 (əlli min) ədəd qısamüddətli notlarının buraxılışı 50100253S qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınıb.

Palatadan Unikal.org-a verilən məlumata görə, sözügedən notların tədavül müddəti 28 gündür.