"İnter yarımmüdafiəçi Ruslan Abışovla yollarını ayırıb


Unikal.org xəbər veriri ki, bu barədə məlumatı apasport.az saytına "bankirlərin prezidenti Azər Əliyev verib.

 

O bildirib ki, Abışov mövsümün ikinci yarısından etibarən "Neftçinin formasını geyinəcək: "Klublar arasında danışıq baş tutub və bu transfer artıq gerçəkləşib. Futbolçu özü də "Neftçiyə keçməyə razılıq verib. 

 

"İnterin rəhbəri milli komandamızın üzvünün mövsümün sonuna qədər müqavilə müddəti olduğundan, "Neftçinin bu keçid müqabilində onlara kompensasiya ödəyəcəyini də əlavə edib.

 

"İnter"lə ortaq məxrəcə gələn "Neftçi" futbolçunun özünün də ilkin razılığını alıb. Yeganə problem Abışovun 1,5 illik müqavilə tələb etməsidi. Halbuki paytaxt təmsilçisi uzunmüddətli müqavilə imzalamaq niyyətindədi. Bu məsələ də həllini tapdıqdan sonra Ruslanın "Neftçi"yə dönüşü rəsmən açıqlanacaq.

 

Qeyd edək ki, Ruslan Abışov 2006-2012-ci illərdə "Neftçi"nin formasını geyinib