Bakıda çəkilən sosial internetdə böyük marağa səbəb olub.

Unikal.org a24.az-a istinadən xəbər verir ki, Xəzər TV-də yayımlanan "Diqqətli ol verilişində yayımlanan video insanların diqqətini çəkib.

Çarxda gənc xanım kişilərə yaxınlaşaraq onlardan mebel salonlarından birinin ünvanını soruşub. Qarşı cinsin nümayəndələri həmin məkanı tanıdıqlarını bildirdikdə xanım onlardan həmin ünvana birlikdə getməyi xahiş edib. Gənclər isə xanımın bahalı maşını olduğunu düşünərək avtomobilə tərəf getdikdə, xanım həmin şəxslərə digər bir ucuz avtomobili göstərərək, onun avtomobilinin həmin ucuz maşın olduğunu qeyd edib. Bunu görən kişilər isə tez ərazidən uzaqlaşıblar.

Sosial çarx internetdə minlərlə insan tərəfindən izlənilib.