Xəbər verdiyimiz kimi Rusiyanın Şoçi şəhərində "KVN - 2017 festivalı keçirilir. Gənclər və İdman Nazirliyinin kuratorluğu ilə Azərbaycanı "Bakı Yığması komandası təmsil edir. Yarışmaya qondarma Dağlıq Qarabağ Respublikasından da komanda dəvət olunub. Separatçı rejimin "С хлебом и солью (Duzlu-çörəkli) komandasını festivala klubun rəhbəri Aleksandr Maslyakov özü dəvət edib. Hətta qrup dəvət məktubunun fotosunu sosial şəbəkədəki səhifələrində paylaşıb. "С хлебом и солью dəvət üçün rəhbərliyə təşəkkür edib. Bundan sonra festivalın saytında komanda rəsmi olaraq siyahıya salınıb.

Məsələ ilə bağlı unikal.org-a Gənclər və İdman nazirliyinin mətbuat katibi Səmayə Məmmədovanın cavabı unikal olub.
"Siz Azərbaycanının Xarici İşlər Nazirliyi ilə əlaqə saxlamısız? Dəqiq heç nə deyə bilmərəm. Məlumatı dəqiqləşdirib sizə cavab verəcəm".-deyə o bildirib.