Avstriyanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Sebastian Kurz yanvarın 17-18-də Moskvaya səfər edəcək.

Unikal.org xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova məlumat verib.

Bildirib ki, ATƏT sədri rusiyalı həmkarı Sergey Lavrovla görüşəcək.

Görüşdə Rusiya-Avstriya arasındakı ikitərəfli münasibətlər, ATƏT çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olunacaq.

Bundan başqa, ATƏT məkanındakı münaqişələr, o cümlədən Dagliq Qarabag problemi və Ukrayna məsələsi də müzakirə mövzusu olacaq.