"Bu faciəvi insident Azərbaycanla Ermənistan arasında baş verib. Hesab edirik ki, iki ölkə özündə müdriklik, güc və diplomatik imkan tapıb, bu problemi həll etməlidir".

Unikal.org xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirilən brifinqdə Ermənistan-Azərbaycan sərhədində düşmənin təxribatının qarşısını alarkən şəhid olmuş Azərbaycan əsgərinin meyitinin qaytarılmaması məsələsini şərh edərkən deyib.

M. Zaxarova bildirib ki, həll yolunun açarı tərəflərin öz əllərindədir.