Dubayın əmiri Rəşid əl Məktumun 15 yaşlı qızı da atası kimi xalqın ürəyini fəth etməyə davam edir.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Rəşid əl Məktum xalqının yaşayış şəraitini yaxşılaşdırmaq üçün müxtəlif dövlət layihələri həyata keçirir. Bunlardan biri də supermarketlərdə və mehmanxanalarda artıq qalan qidalardan ibarət "Qida bankının yaradılmasıdır.

Bu layihənin əhəmiyyətini vurğulamaq üçün, əmir öz qızını da bu işə cəlb edib. 15 yaşlı Şammu qidalanların paylanması üçün keçirilən ilk aksiyada aktiv iştirak edib. Əmir bu aksiyayla bağlı video da paylaşıb.