Şirvanda baş verən avtoqəzada sürücü xəsarət alıb.

Unikal.org-un apa-ya istinadən məlumatına görə, Şirvan sakini, H.Əliyev küçəsi, 1983-cü il təvəllüdlü Əmirov Xəyal Qabil oğlunun idarə etdiyi "Lada markalı 50 CG 477 dövlət nömrə nişanlı avtomobil yolda dayanan H 028 519 dövlət nömrə nişanlı SOСAR şirkətinə məxsus avtobusa arxadan çırpılıb. 

Nəticədə sürücü yüngül bədən xəsarətlərlə Şirvan Şəhər Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Şirvan Polis Şöbəsində araşdırma aparılır.