Azərbaycana xaricdən idxal olunan "AI-95 Premium markalı benzinin qiymətində artım baş verib.

Unikal.org-un xəbərinə görə, artıq yanacaqdoldurma məntəqlərində yeni qiymətlər tablolara vurulub.

"AI-95 Premium" markalı benzinin yeni qiyməti 1,05 AZN olub.

Qeyd edək ki, qiymət artımə Azərbaycanda istehsal olunan və çoxluğun istfadə etdiyi "AI-92 markalı benzinə şamil edilməyib.

"AI-92 markalı benzinin qiyməti Tarif Şurası tərəfindən tənzimlənir. Bu markalı benzinin bundan əvvəlki qiyməti 0.93 AZN olub.

"AI-95 Premium markalı benzin isə ölkəyə xaricdən gətirilir və qiyməti sərbəst təyin edilir.