Cəlilabad rayonunda intihar hadisəsi qeydə alınıb.

Unikal.org Report-a istinadən xəbər verir ki, bu barədə rayon Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, rayonun Fətullaqışlaq kənd sakini 1994-cü il təvəllüdlü Tünzalə Əliyeva özünü yaşadığı evin yardımçı təsərrüfatında asaraq intihar edib.

Faktla bağlı Cəlilabad Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (Özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb. İntiharın səbəbi araşdırmalardan sonra məlum olacaq.