2016-cı ildə 30 Apreldə İzmirin Əliağa qəsəbəsində SOCAR-ın törəmə şirkəti PETKİM-də polad boru montajçısı vəzifəsində çalışarkən iş qəzası keçirərək ağır kəllə beyin travması alan 20 yaşlı gənc Həsən Ülkerin vəziyyəti getdikcə ağırlaşır. Müalicəsi isə yalnız Almaniyada reallaşa bilər.



Ailəsinin maddi durumu gəncin həyatını xilas etmək üçün onu Almaniyaya aparmağa imkan vermir.

Unikal.org bildirir ki, Həsən Ülkerin həm dostu, həm də qohumu olan Şahin Karanfil hadisə ilə bağlı məhkəmədə bunları bildirirb: "Həsən Ülker SOCAR-ın törəmə firmasında 3-4 tonluq polad boruların mantajçısı vəzifəsində çalışırdı. İşə başladıqdan 15 gün sonra şənbə günlərinin birində şirkət rəhbərinin oğlu 20 yaşlı Ülkərdən, işdə qalması istənilib. Təhlükəsizlik qaydarına riayət olunmadan, xüsusi geyim verilmədən, Hasan Ülkər orada çalışdırılıb.



İş zamanı ağır xəsarət alan Həsənin dostu Karanfil hadisənin necə baş verdiyini belə izah edir:

"Şənbə günü saat 16:00-dan sonra hər kəs işdən gedir. Həsən və başqa işçi şirkət rəhbərinin oğlunun göstərişi ilə işdə qalır. Heç bir operatorluq sənədi, icazəsi və təcrübəsi olmayan patronun oğlu iş yükünə uyğun olmayan kranı özü idarə etməyə qərar verir. Montaj işlərini isə Hasan icra etməli olur. 3-4 tonluq polad boruları kranla yerini dəyişdirərkən müdir oğlunun səhvi ucbatından kranın trosu qırılır və polad boru Həsənin üzərinə düşür. O gündən Həsən Ülker ağır kəllə beyin travması alır və şüurunu itirir".
Hazırda xəsarət alan gənc evində yataq şəraitində ağır vəziyyətdədir. Müalicə xərcləri isə aylıq 40-50 min avro civarındadır.



Çətin maddi durumda olan ailə xeyriyyə kompaniyası keçirmək məcburiyyətində qalıb.

Ailəyə yaxın şəxslət bildiriblər ki, SOCARdan isə ona nəinki maddi dəstək, heç 9 aydır bir dəfə də olsun vəziyyəti ilə maraqlanan belə olmayıb. Hazırda hadisə ilə bağlı məhkəmə prosesi davam edir.