"Heç kimə sirr deyil ki, ölkəmizdə satılan dərmanların 99 faizi xaricdən idxal olunur. Ancaq bir müddət öncə ölkə rəhbərinin təşəbbüsü ilə farmakoloji zavodun təməlqoyma mərasimi olub.

Unikal.org xəbər verir ki, Səhiyyə naziri bildirib ki, təxminən iki həftə sonra ölkədə daha bir dərman zavodunun təməli qoyulacaq. Oqtay Şirəliyevin sözlərinə görə, ən müasir və yüksək keyfiyyətli dərman preparatları istehsal edən zavodların Azərbaycanda fəaliyyət göstərməsi üçün başqa ölkələrlə də danışıqlar aparılır. Nazir qeyd edib ki, dərman preparatlarının ölkədə istehsal edilməsi bizim üçün çox vacibdir.

Səhiyyə naziri qeyd edib ki, xeyirxah peşə sahibləri olan həkimlərin sözü, xəstəyə münasibəti dərmandan, əməliyyatlardan daha vacibdir: 

"Son vaxtlar bu sahədə də müsbət tendensiya hiss olunur. Təəssüf ki, biz 120 minə qədər tibb işçisinin hamısının vicdanla xalqa xidmət etdiyini deyə bilmərik. Əlbəttə, tək-tək problemlər var. Amma əvvəllər mən ildə 4-5 təşəkkür məktubu alırdımsa, indi təkcə elektron poçta gün ərzində onlarla minnətdarlıq yazıları gəlir. Mətbuatda, televiziya kanallarında da səhiyyə ilə bağlı müsbət rəylər, yazılar artıb. Bu da sevindirici haldır.