İstanbulda tibb bacısı sahəsi üzrə təhsil alan qız dərsdə öyrəndiyi metodu öz üzərində sınaqdan keçirmək istəyib.

Unikal.org türkiyə mediasına istinadən xəbər verir ki, 17 yaşlı Dəniz Təmiz, dərsdə öyrəndiyi serum (fizioloji məhlul) müalicəsi üsullarını öz üzərində sınaqdan keçirincə həyatını itirib. Əvvəllər də bu sınaqları etdiyi məlum olan qız, son olaraq həddindən artıq dozada dərman qəbul edib və bişməcədən qurtulmaq üçün yenə venasına fizioloji məhlul yeridib.

Dənizin hər hansı bir psixoloji narahatlığının olmadığını ifadə edən əmisi Emin Təmiz: "Hadisə baş verdiyi zaman ailəsi ilə iş səbəbiylə İzmirdəydik. Qardaşım qızının məktəbdə öyrəndiklərini öz üzərində sınadığını bilirdim. Son olaraq təzyiq həbi alıb, öz səhhətini yaxşılaşdırmaq üçün qoluna fizioloji məhlul bağlamışdı. "Bunu məzun olandan sonra et", - deyirdim. Amma təəssüf ki, məni dinləmədi ", - deyib.