Abşeron rayonunda məktəbdən oğurluq edən şəxslər tutulub.

Unikal.org Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Saray qəsəbəsindəki 2 saylı orta məktəbin kimya otağından 3 ədəd kompüteri oğurlamaqda şübhəli bilinən qəsəbə sakinləri Bəhram Sevdimalıyev, Nicat İmanov, Balakən rayon sakini Vüsal Məsimov və Bərdə rayon sakini Səbuhi İmanov tutulub.

Onların ətraflarında aparılan əməliyyat tədbirləri ilə həmin gün qəsəbə ərazisindəki 2 mağazadan pul, tütün məmulatı və sərinləşdirici içkilər oğurlamaları da müəyyən edilib.