Azərbaycanda deputatlarının etik davranış qaydaları hazırlanır.

Unikal.org Apa-ya istinadən xəbər verir ki, deputatın etik davranış kodeksinin Milli Məclisin yaz sessiyasında müzakirəyə çıxarılması gözlənilir.

Sənəddə dövlət qulluqçularında olduğu kimi, deputatın da davranışında, fəaliyyətində, bəyanat və çıxışlarında etik normalar tənzimlənəcək və buna hüquqi müstəvidə yanaşılacaq.

Qeyd edək ki, Azərbaycanda indiyə qədər parlament üzvləri ilə bağlı belə sənəd mövcud olmayıb.