Xalq artisti Nəzakət Teymurova Opera və Balet teatrından ayrılıb.

Unikal.org Axşam.az-a istinadən xəbər verir ki, bu barədə xanəndənin özü məlumaat verib.

"Teatrdan öz istəyimlə ayrıldım. Heç bir səbəb yoxdur. Əslində mən 2 aydır teatrdan çıxmışam. Qərarımı teatr rəhbərliyi də hörmətlə qarşıladı. 20 ildir burada çalışıram, artıq bəsdir.

N.Teymurova "Özünüzdən sonra Leyli kimi görürüsünüz sualına belə cavab verib:

"Hələ ki, heç kimi görə bilmirəm. Operada gərək yetişəsən, təcrübən ola. Bir çox gənc Leylilərimiz var. Onlardan biri də mənim tələbəm Vüsalə Musayevadır. Leyli olmaq üçün zaman lazımdır.