19 yaşlı futbolçulardan ibarət Azərbaycan yığması FİFA-nın birinci vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş beynəlxalq turnirin qrupunda qalıb.

Unikal.org xəbər verir ki, günün ilk oyununun nəticəsindən sonra millimizin qrupda qalması rəsmiləşib. Litvanı 2:0 hesabı ilə məğlub edən Qazaxıstan millisi 5 xalla 1-ci pilləyə yüksəlib. 4 xala malik Litva isə 2-ci sıraya düşüb.

Yığma komandamız Slovakiyanı məğlub etsə belə, qrupdan çıxmayacaq. Milli komandamız ən yaxşı halda 9-16-cı yerlər uğrunda mübarizə aparacaq.