Türkiyənin tanınmış yazıçısı Orhan Okay vəfat edib.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, 86 yaşlı yazıçı mualicə aldığı xəstəxanada dünyasını dəyişib.

Qeyd edək ki, həyatını ədəbiyyata həsr edən yazar bu sahədə bir çox mükafatlar alıb. O, "Sənət və həyat", "Əhməd Hamdi Tanpınar", "Bir başqa İstanbul" və s. əsərlərin müəllifidir.