Ucarda bədbəxt hadisə baş verib.

Unikal.org apa-ya istinadən xəbər verir ki, rayon sakini, 1938-ci il təvəllüdlü Naibə Atamalı qızı Əliyeva vanna otağında olarkən ölüb.

Hadisə bu gün axşam saat 18:00 radələrində şəhərin Abbas Səhhət küçəsində baş verib.

Əvvəlcə N. Əliyevanın dəm qazından öldüyü bildirilsə də, hadisə yerinə cəlb olunan hüquq-mühafizə orqanlarının əməkdaşları və həkimlər qadının digər səbəbdən dünyasını dəyişdiyini bildiriblər.