Pakistanda yük maşını məktəb binasına çırpılıb.

Unikal.org-un "Sinxua agentliyinə istinadən verdiyi xəbərə görə, insident Kəşmirin Pakistana aid hissəsində qeydə alınıb.

Yük maşınının sürücüsü idarəetməni itirərək məktəb binasına çırpılıb. Qəza nəticəsində azı 5 nəfər ölüb, 30 nəfər xəsarət alıb.

Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.Hadisə yerindən qaçan sürücü saxlanılıb.