Bol miqdarda su içməyinizə və duzlu yemək yeməməyinizə rəğmən səhərlər yuxudan şişmiş gözlərlə oyanırsınız? Bunun səbəbi haqqında heç düşünmüsünüzmü? 

Bu, yediyiniz qidalardan ola bilər. 

Unikal.org gözlərinin şişməsinə səbəb olan qidaları sadalayır.

Fast-food

Bu yeməklərdə 2 min milliqram, yəni gündəlik qəbul etməli olduğunuz normadan daha çox natrium var. Yüksək nisbətdə natrium qəbul etdikdə isə bədən şişir.

Pomidor

Tərkibində sola olan bu tərəvəz iltihab və şişkinliyə səbəb olur. Elmi olaraq təsdiqlənməsə də, oynaqlarda yanğı kimi iltihabi xəstəlikləri olan insanlara pomidor yemək məsləhət deyil.

Badımcan

Badımcanın da tərkibində pomidor kimi sola var. Elmi olaraq təsdiqlənməsə də, gözlərin şişməsinə səbəb olar. Badımcan yeməyi tərgitdikdən 3 həftə sonra fərqi görə bilərsiniz.

Konservləşdirilmiş yeməklər

Konservləşdirilmiş yeməklər çox miqdarda sodium ehtiva edir. Bundan xilas olmaq üçün bişirməzdən əvvəl yaxşıca yuyun.

Buğda çörəyi

Buğdaya qarşı allergiyanız varsa, çörək yediyiniz zaman bədəninizdə şişkinlik meydana gələ bilər.

Süd məhsulları

Süd, pendir və qatıq da iltihab yaradan qidalar olduğu üçün şişliyə səbəb ola bilər. Xüsusilə də allergiyanız varsa. Süd məhsullarını azaltdığınız zaman gözlərinizdəki şişkinliyin azaldığını görəcəksiniz.

Acı bibər

Kapsaisin ehtiva edən acı bibər bədən toxumasının yanaraq iltihablanmasına səbəb ola bilər. Bu haldan isə gözləriniz də təsirlənə bilər.

Şəkər

Ağ şəkər də iltihab yaradan qidalardan biridir.