"Qondarma Dağlıq QarabağRespublikasından heç bir komanda Soçidə keçirilən "Şən və hazırcavablar klubunun (KVN) beynəlxalq festivalında iştirak etməyib.

Unikal.org-un "Ria Novostiyə istinadən məlumatına görə, bu barədə KVN-nin aparıcısı, "AMİK televiziya yaradıcılıq birliyinin direktoru Aleksandr Aleksandroviç Maslyakov bildirib.

"Festivala dəvət KVN-nin rəsmi saytında qeydiyyatdan keçmiş bütün istifadəçilərə avtomatik olaraq göndərilir. KVN həmişə siyasətdən kənar və millətlərarası münaqişələrdən uzaq olub. KVN siyasi situasiyadan asılı olmayaraq ilk növbədə gənclər hərəkatıdır və bu nəinki Rusiya ərazisində, həm də digər ölkələrdə populyardır. Klubda dövlətlər deyil, komandalar oynayır, - deyə A. Maslyakov vurğulayıb.

Onun sözlərinə görə, KVN daxilində 55 il ərzində bir dəfə də olsun münaqişəli situasiya baş verməyib.

Qeyd edək ki, Azərbaycan XİN-i qondarma qurumdan olan komandaların festivala dəvət olunmasına görə bəyanat yayıb: ""Şən və hazırcavablar klubunun (KVN) Beynəlxalq İttifaqı və "AMİK televiziya yaradıcılıq birliyinin Azərbaycanı Ermənistan tərəfindən işğal olunmuş ərazilərində yaradılmış qondarma rejim adından fəaliyyət göstərən "С хлебом и солью və "DeleYaman KVN komandalarının 10-23 yanvar 2016-cı il tarixində Soçidə keçirilən 28-ci Beynəlxalq KVN festivalına dəvətinə münasibətdə təəssüfümüzü və narazılığımızı ifadə edirik. Azərbaycan ictimaiyyəti, ölkəmizin çoxsaylı KVN sevərləri və KVN həvəskarları "С хлебом и солью və "DeleYaman komandalarının 28-ci KVN festivalına dəvətini təxribatçı və qərəzli addım kimi qiymətləndirərək buna kəskin etiraz edirlər. (qafqazinfo.az)