"Mançester Yunayted" klubunun (İngiltərə) portuqaliyalı baş məşqçisi Joze Mourinyonun mətbuat konfransı zamanı maraqlı hadisə baş verib.

Unikal.org xəbər verir ki, baş məşqçi "Liverpul" ilə oyunöncəsi keçirilən mətbuat konfransı zamanı jurnalistlərin suallarını cavablandırarkən masa üzərindəki telefonlardan birinə zəng gəlib.

Telefon ona aid olmayıb və səs yazmaq üçün diktafonəvəzi onun qarşısına qoyulub. Baş məşqçi zəngə cavab verdikdən sonra "talkSPORT"dan zəng ediblər, kimisə soruşurlar" deyə zaldakılara müraicət edib.