Sabirabadda gecə saatlarında yanğın faktı qeydə alınıb.

Unikal.org-a Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, rayonun Surra kəndində vətəndaşa məxsus ümumi sahəsi 180 m2 olan birmərtəbəli, 4 otaqlı evin bir otağında qamışdan ibarət tavan 6 m2 sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 03:13-də yanğınsöndürənlər tərəfindən söndürülüb.