Ötən gündən başlayaraq respublikanın Şimal regionunda hava şəraiti dəyişib.


Unikal.org xəbər verir ki,dağlıq ərazilərə 5-15 sm qalınlığında qar yağıb. 


Havanın temperaturu mənfi 2-10 dərəcə arasında dəyişir. Bölgədə ən çox yağıntı Qusarın Ləzə kəndinə düşüb - 17 sm. Hidrometeorologiya departamentindən verilən məlumata görə, qarın hündürlüyü Xızının Altıağac qəsəbəsində 10, Xınalıqda 4, Qusarda 5 sm təşkil edir.