"Fresco supermarketlər şəbəkəsi müştəri ilə yaranan problemə görə üzr istəyib.

Unikal.org "Qafqazinfoya isinadən xəbər verir ki, alıcılardan biri sosial şəbəkədə foto paylaşaraq marketdən aldığı bananın üzərindəki kağızda qiymətin 83 qəpik, kassada verilmiş qəbzdə isə 91 qəpik olduğunu bildirib.

Foto mətbuatda yayımlandıqdan sonra supermarketlər şəbəkəsi alıcılarından üzr istəyərək qiymət uyğunsuzluğunun texniki səhv olduğunu qeyd edib:

"İlk növbədə, belə bir hal baş verdiyi üçün sizlərdən çox üzr istəyirik, texniki səhv də olsa, bu, bizim səhvimizdir. Tamamilə sistemdə olan ləngimədən qaynaqlanan bir səhvdir. Dünən mağazamızda bananın kilosu 1.79 AZN olub, bugün isə bananın qiyməti 1.95 AZN müəyyən olunub. Rəfin üzərində qiymətin 1.95 AZN olmasına baxmayaraq (yəni müştəri alarkən bananın 1.95 AZN olduğunu bilirdi), tərəzinin texniki nasazlığı olduğu üçün həmin tərəzidə qiymət dəyişikliyi baş tutmayıb və təəsüf ki, banan köhnə qiymət ilə hesablanıb. Bu səhv üçün sizdən bir daha üzr istəyirik, amma bu o demək deyil ki, biz müştərini aldatmağa çalışmamışıq.