Bakıda mənzildən külli miqdarda pul oğurlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Unikal.org-a verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 12-də Bakı şəhər sakini İsmayıl Zeynalovun evindən 1000 avro, 400 ABŞ dolları, habelə 5 ədəd qol saatı və mobil telefon oğurlamaqda şübhəli bilinən paytaxt sakini Elçin Lətifov tutulub.