Gürcüstanda yaşayan soydaşımız Aydan Bədirov 14 yaşı olmasına baxmayaraq, sərbəst güləş üzrə 17 dəfə ölkə çempionu olub.

Unikal.org qafqazinfo-ya istinadən xəbər verir ki, Aydan hazırda Gürcüstanın ən perspektivli güləşçilərindən sayılsa da, yaşadığı ev və şərait heç də ürəkaçan deyil. Anası epilepsiya xəstəsidir. Atasının pasport düzəltdirməyə imkanı olmadığı üçün Aydan məktəbə gedə bilmir. Yarışlarda da kənar adamların köməyi ilə iştirak edir.

Ailədə 4 uşaqdırlar və məskunlaşdıqları ev yaşayış üçün əlverişli vəziyyətdə deyil. Amma bütün bunlara baxmayaraq, məşqçisi Aydanın heç bir məşqi buraxmadığını bildirib.

Məşqdən sonrakı vaxtlarını isə Tbilisinin "dezertir adlanan bazarında limon və alma satmaqla keçirir. Aydan Bədirovun evindən hazırlanmış video-reportajı təqdim edirik: