Türkiyədə yayımlanan "Zuhal Topalla evlilik proqramında növbəti qalmaqal meydana gəlib.

Unikal.org qafqazinfo-ya istinadən xəbər verir ki, həmyerlimiz Naz Milana üçün Bakıdan Türkiyəyə gedən Əli Əkbər arasında sevgi yaranmağa başlayıb.

Nazın keçmiş nişanlısı Baha isə qısqanmağa başlayıb.Baha verilişdə deyib ki, Naz hələ onu unutmayıb:

"Səni qısqanmıram, hələ də səni sevdiyimi düşünürsən. Bu səni xoşbəxt edir. Ancaq sən Əliylə görüşə gedəndə mən aldığım boyunbağını taxırsan.

Tərəflər arasında gərginlik artmağa başlayıb. Baha əsəbiləşərək verilişi tərk edib.