Çin futbol klubu İngiltərənin "Çelsi" klubunun hücumçusu Diyeqo Kostaya ildə 30 milyon funt əməkhaqqı təklif edib.

Unikal.org goal.az-a istinadən xəbər verir ki, "Sky Sports" telekanalı bu barədə məlumat versə də, komandanın adı açıqlanmır. 28 yaşlı forvard şənbə günü "Leicester"lə keçiriləcək İngiltərə çempionatının 21-ci tur matçını buraxacaq. Buna futbolçunun komandanın fiziki hazırlıq üzrə məşqçisi ilə mübahisə etməsi səbəb olub.

Kosta "Çelsi"də 2014-cü ildən çıxış edir.