Ağstafa rayonunda yanğın olub.

Unikal.org Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, hadisə Qıraq Kəsəmən kəndində baş verib.

Vətəndaşa məxsus ümumi sahəsi 165 m2 olan birmərtəbəli 4 otaqlı evin 2 otağının yanar konstruksiyaları, ev əşyaları və dam örtüyü 60 m2 sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.