Gürcüstan parlamentinin deputatı Azər Süleymanov Vahid Milli Hərəkat Partiyasının sıralarını tərk etmədiyini açıqlayıb.

Unikal.org xəbər verir ki, bu barədə deputat özünün "Facebook səhifəsində yazıb:

"Bütün seçicilərimə çatdırmaq istəyirəm ki, başqa partiyaya keçməmişəm. Vahid Milli Hərəkat Partiyasında fəaliyyətimi davam etdirəcəyəm. Hər bir insanın seçiminə hörmətlə yanaşıram.

Qeyd edək ki, Tiflisin sabiq meri Giqi Uqulava həbsdən çıxandan sonra Vahid Milli Hərəkat Partiyası parçalanıb. Partiyadan ayrılanlar yeni siyasi təşkilat yaratdıqlarını bəyan ediblər. Onların arasında Vahid Milli Hərəkat Partiyasından parlamentə seçilmiş deputatlar da var. 27 deputatdan 21 nəfər G. Uqulava ilə Giqi Bokeriyanın yaratdığı yeni təşkilatda yer alıb. 

Azər Süleymanov istisna olmaqla, qalan 5 nəfər Vahid Milli Hərəkat Partiyasında fəaliyyətlərini davam etdirəcəklərini bildiriblər. A. Süleymanovun mövqeyi bəlli olmadığı üçün partiyanın parlamentdə fraksiya yaradıb-yaratmayacağı sual altında idi.