Bakı-Qazax magistralının Hacıqabul rayonunun ərazisində keçən hissəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org APA-ya istinadən xəbər verir ki, "Pajero markalı avtomobil rayonun Padar kəndi ərazisində hərəkətdə olarkən yoldan çıxaraq aşıb.

İlkin məlumata görə, nəticədə bir nəfər ölüb, 3 nəfər xəsarət alıb. Xəsarət alanlar Şirvan xəstəxanasına yerləşdiriliblər.

Faktla Baş Dövlət Yol Polis İdarəsində araşdırma aparılır.