Şirvanda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org-un apa-ya istinadən məlumatına görə, hadisə Çılpaqlı qəsəbəsində olub.

Salyan rayonunun Çadırlı kənd sakini, 1984-cü il təvəllüdlü Muradov Rahil Balaməmməd oğlunun idarə etdiyi "Mitsubishi markalı avtomobil magistral qaz kəmərinin dirəyinə çırpılıb. Nəticədə avtomobildə olan Çadırlı kənd sakini, 1957-ci il təvəllüdlü Muradova Gülbar Qasım qızı, 2014-cü il təvəllüdlü Muradova Səma Zahir qızı və sürücü Muradov Rahil Balaməmməd oğlu Şirvan şəhər xəstəxanasına yerləşdirilib.

Reanimasiya şöbəsinə yerləşdirilən 1957-ci il təvəllüdlü Muradova Gülbar Qasım qızı ölüb.

Faktla bağlı Şirvan Rayon Polis şöbəsində araşdırma aparılır.