"Synergy Baku komandasında çıxış edən rusiyalı velosipedçi Kirill Pozdnyakov Azərbaycan vətəndaşlığını qəbul edib.

Unikal.org xəbər verir ki, bu barədə komandanın mətbuat xidməti məlumat yayıb.

"Biz, tezliklə 2017-ci il mövsümü üçün tam heyətimizi elan edəcəyik, lakin bizim bir böyük xəbərimiz var: Kirill Pozdnyakov komandada qalacaq və Azərbaycan vətəndaşlığını qəbul edib", - deyə məlumatda bildirilir.

Pozdnyakovun 27 yaşı var. O, "Synergy Bakuda karyerasına 2013-cü ildə başlayıb, 2014-2015-ci illərdə "Rusvelo" komandasının şərəfini qoruyub. 2016-cı ildə Azərbaycan komandasına qayıdıb.