Ekvadorda iki avtobusun toqquşması nəticəsində azı 19 nəfər ölüb, 17 nəfər isə xəsarət alıb.

Unikal.org-un "RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, insident ölkənin Quayas əyalətində baş verib.

Məlumata görə, qəzaya düşən avtobuslardan birində məktəblilər olub.

Yaralılar xəstəxanalara yerləşdiriliblər, qəzanın səbəbləri araşdırılır.