Rusiya liberal-demokratlarının lideri Vladimir Jirinovski dünən partiya yoldaşları ilə birlikdə Köhnə Yeni ili qeyd edib. Dövlət Dumasının deputatı məclisə qırmızı şalvarda gəlib.

Unikal.org "RenTV telekanalına istinadən xəbər verir ki, Jirinovski bu addımını Böyük Oktyabr Sosialist İnqilabının bu il qeyd olunacaq 100 illiyi ilə əlaqələndirib.

Sonradan partiya lideri qırmızı önlük taxaraq, mətbəxdə şəxsən pelmeni bişirib.