Gəncədə iki ustanın üstünə darvaza aşıb. 

Unikal.org-un apa-ya istinadən verdiyi məlumata görə, hadisə Türklər qəsəbəsi adlanan ərazidə baş verib. Bərdə rayon sakini, 1972-ci il təvəllüdlü Eldəniz Yusifov və Gəncə şəhər sakini 1965-ci il təvəllüdlü Nurəddin Rəhimov sifarişi əsasında hazırladıqları darvazanı qəsəbəyə aparıb quraşdıran zaman qapı onların üzərinə aşıb. 

Müxtəlif bədən xəsarətləri alan hər iki usta xəstəxanaya yerləşdirilib. Onlardan E. Usifovun vəziyyəti ağır, N. Rəhimovun vəziyyəti isə normal qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.