Braziliyanın Riu-Qrandi-du-Sul ştatının Natal şəhərində yerləşən həbsxanada qiyam baş verib.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, qiyam nəticəsində azı 10 nəfər ölüb.

Hüquq-mühafizə orqanlarından bildirilib ki, qiyam həbsxanada bir-biri ilə mübarizə aparan iki dəstə üzvlərinin toqquşması nəticəsində başlayıb.