Rusiyada ağır yol qəzası baş verib.

Unikal.org-un məlumatına görə, hadisə Saratov vilayətində, Nijni Novqorod avtomobil yolunun 550-ci kilometrliyində, Petrovsk rayonunun Tarumovk kəndi ərazisində qeydə alınıb. Belə ki, "Volvo" avtomobilinin "Toyota" ilə toqquşması nəticəsində 7 nəfər ölüb.

Qəza zamanı ölənlərin MDB vətəndaşları olduğunu bildirilib.

Hazırda ölənlərin şəxsiyyəti araşdırılır. Fakta bağlı araşdırma aparılır.