Müğənni Könül Kərimova qızını nişanladı.

Unikal.org-un məlumatına görə, sənətçi bu haqda "Lider maqazin"ə açıqlamasında deyib.

O bildirib ki, 2016-cı ilin sonunda qızı Ləman və qohumu Orxanın nişanı olub:

"Mənim seçimim olub, qohumumdur. Mən elə övlad böyütməmişəm ki, məni eşitməsinlər. Həm də övladlarımın zövqünə inanıram. Toyun bu il olmasını planlaşdırırıq. Məclisimiz mediaya açıq olacaq".