Əfqanıstanın Nanqarxar əyalətində yol kənarında partlayış baş verib.

Unikal.org Rusiya mətbuatına istinadən xəbər verir ki, hadisə nəticəsində 7 nəfər həlak olub, 2 nəfər isə yaralanıb.

Cavabdehliyi ölkə ərazisində fəaliyyət göstərən heç bir terror qruplaşması üzərinə götürməyib.