Siyəzən rayonu, Tofiq İsmayılov küçəsi, bina 14 ünvanında yaşayan, 1980-ci il təvəllüdlü Məmmədli Ramin Cəbrayıl oğlu bıçaqlanıb.

Unikal.org report-a istinadən xəbər verir ki, o, tanıdığı şəxs tərəfindən bıçaqlandığını bildirib.

Siyəzən Rayon Regional Diaqnostika Mərkəzində çatdırılan yaralıya döş qəfəsinin, qarının, sağ bazu oynağının, sağ dirsək oynağının kəsilmiş-deşilmiş yaraları diaqnozu qoyulub.

Zərəçəkənin onu bıçaqlayan şəxs birlikdə yeyib-içdiyi, hadisənin də elə bu vaxt baş verdiyi ehtimal edilir.
Faktla bağlı Siyəzən Rayon Polis Şöbəsində araşdırma aparılır.