Bakıda sərnişin avtobusunun iştirakı ilə zəncirvari yol qəzası baş verib.

Unikal.org lent.az-a istinadən bildirir ki, Xəqani ilə Rəşid Behbudov küçələrinin kəsişməsində (Axundov kitabxanasının qarşısı) "Xaliq Faiqoğlu" şirkətinə məxsus 61 saylı xətt üzrə hərəkət edən sərnişin avtobusu ilə "Mitsubishi Pajero" toqquşub.

Nəticədə idarəetmədən çıxan minik avtomobili yolun kənarında dayanmış digər 3 avtomobilə çırpılıb. Avtobus və 4 avtomobil əzilib.

Hadisə nəticəsində 2 nəfər yüngül xəsarət alıb.