Səfər Karakoyunlu

Türkiyə parlamentində Konstitutsiya dəyişiklikləri qanunun müzakirəsi zamanı HDP-li deputat erməni əsilli Garo Paylanın sözdə erməni soyqırımını təkrar müzakirəyə çıxarması bu ölkədə yaşayan soydaşlarımızın böyük etirazına səbəb oldu.

Unikal.org bildirir ki,  Garo Paylanın bu çıxışı ilə bağlı İstanbul Azərbaycan Dərnəyinin sədri Səfər Karakoyunlu sərt münasibət açıqlayıb. 

Mərkəzi İstanbulda olan İstanbul Türkiyə Azərbaycan Dərnəyi (İSTAD) sədri və Iğdırdan deputatlığa namizəd olan Səfər Karakoyunlu Garo Paylanla bağlı fikirlərini belə ifadə edib:
"Garo Paylan bir provokatordur. Parlamentdə etdiyi çıxışı ümumiyyətlə həqiqəti əks etdirmir. Türklər tarix boyunca heç bir zaman soyqırım törətməmişdir. Əksinə, Türklər yaşadıqları coğrafiyada tolerantlıq və sülhün tərəfdardı olublar. Türkiyədə yaşayan ermənilərin etdiyi bu səhvə görə həqiqətləri bir daha vurğulamaq istəyirəm. Ermənilər xarici ölkələrin dəstəyi ilə Türklərə dəfələrlə soyqırım törədiblər. Hər fürsətdə bu acımasız qırğınlarını davam etdirməkdədirlər. Bunlar sadəcə soyqırım törətməmişdir. Xarici ölkələrdəki diplomatlarımızı və müdafiəsiz insanlarımızı da şəhid etmişlər. Garo Palyana soruşmaq lazım ki, Türklərin qədim torpaqları olan Qərbi Azərbaycanda bir dənə belə olsun Türk yaşamır. Dədə-baba torpaqlarımızda olan yüzlərlə məscidimiz və tarixi əsərlərimiz dağıdılıb, yerlərin adları dəyişdirilib. Hətta bəzi yerlərimiz isə xəritədən sanki silinmişdir. Tarix boyunca əsl soyqırımı ermənilər türklərə qarşı törədiblər. Garo əfəndi soyqırımın izini axtarmaq istəyirsə, Türkiyədə və Azərbaycanda olan toplu məzarları ziyarət etsin və daha qanı qurumamış bir gecədə yox edilən 613 müdafiəsiz insanın səsinin ərşə çıxdığı Xocalıya getsin. Orada həqiqətləri yerində görmüş olarsan. Kin və nifrət ifadələriylə bir yerə gedə bilmərik. Türklər soyqırım törətmiş  olsaydı Türkiyə Böyük Millət Məclisində indi siz danışa bilməzdiniz. Minlərlə erməni Türkiyədə yaşaya və işləyə bilməzdi. Bunu Türk xalqının vergisindən ödənilən maaşlarla Garo və Garo zehniyyətində olanlara halal etmədiyimizi bəyan edirik".